RU

Naxçıvanda ÜDM istehsalı 2023-cü ilin müvafiq dövrünün göstəricisini üstələyib

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı (ÜDM) 1 milyard 365 milyon 189 min 200 manat olub ki, bu da2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,0 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 0,4 faiz artaraq 2906,5 manat olub.

Bu dövrdə muxtar respublikada 430 milyon491 min 100 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,3 faiz azdır. Sənaye məhsulunun 378 milyon 330 min 900 manatı və ya 87,9 faizi malların, 52 milyon 160 min 200 manatı və ya 12,1 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 82,4 faizi emal, 16,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Cari ilin yanvar-noyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 140 milyon 358 min 300 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 7,0 faiz üstələyib.

İstifadə olunmuş vəsaitin 32 milyon 461 min 800 manatı və ya 23,1 faizi məhsul istehsalı sahələrinə, 29 milyon 233 min 300 manatı və ya 20,8 faizi xidmət sahələrinə, 78 milyon 663 min 200 manatı və ya 56,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 116 milyon 27 min manatı və ya 82,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.

Избранный
6
vergiler.az

1Источники