Birinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərən SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 13 tələbəsi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Elm və texnologiya” təqaüdünə layiq görülüb.
TEZADLAR.AZ xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf sosial media hesabındakı paylaşımda bildirib.
“16 təqaüd yerinin 13-nü qazanan BANM tələbələrini bu uğur münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində davamlı nailiyyətlər diləyirik.Əziz tələbələr, sizinlə qürur duyuruq”, - deyə Rövşən Nəcəf qeyd edib.
JASMİN