Avstriya yığmasının forvardı Qvido Burqştaller Vyanada ölümcül hücuma məruz qalıb.
İdman.biz xəbər verir ki, bu barədə onun çıxış etdiyi "Rapid"in mətbuat xidməti məlumat yayıb.
Hadisə dünən baş verib. 35 yaşlı futbolçu naməlum şəxslər tərəfindən zərbələrə tuş gəlib. Ağır kəllə-beyin zədəsi alan Burqştallerin vəziyyəti ağırdır. Onun bir neçə aya bərpa olunacağı bildirilib.
Qeyd edək ki, Qvido kayrerası ərzində "Şalke", "Sankt-Pauli", "Nürenberq" və "Kardiff" kimi klublarda çıxış edib.
İdman.biz