RU

Gürcüstanın əsas müxalifət koalisiyasının lideri azadlığa çıxdı

Gürcüstanın əsas müxalifət koalisiyası olan "Dəyişiklik üçün Koalisiya"nın lideri Nika Qvaramiya azadlığa buraxılıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Gürcüstanın "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Qvaramiya dekabrın 4-də digər müxalifət partiyası "Droa"nın ofisində aparılan axtarış zamanı saxlanılıb. O, ofis qarşısında polislə mübahisə etdikdən sonra saxlanılıb. Daha sonra Tbilisi Şəhər Məhkəməsi onu 12 günlük inzibati həbs cəzasına məhkum edib.

Məlumata görə, Qvaramiya Marneuli təcridxanasını tərk edib. Həmçinin qeyd olunur ki, o, Tbilisidə mitinq keçirilən əraziyə gedəcəyini bildirib.


Telegram kanalımız
Избранный
33
1
yenisabah.az

10Источники