RU

Türkiyə Sednayada axtarışlara başlayır

Türkiyənin Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarəsi (AFAD) Suriyada devrilən rejimin Müdafiə Nazirliyinə bağlı Sednaya Hərbi Həbsxanasında axtarışa başlayır.

“Qafqazinfo” xəbər verir ki, AFAD  həbsxanaya 43 nəqliyyat vasitəsi və 120 göndərib.

Bildirib ki, bu addım həbsxanada sıxışdırılmış vəziyyətdə qaldıqları ehtimal edilən şəxslərlə bağlıdır.

AFAD sədri Okay Memiş məsələ ilə bağlı Sednaya Hərbi Həbsxanası qarşısında mətbuata açıqlama verib:

“Özümüz təşkilatlanmışıq, 43 maşın, 120 nəfərlik heyətlə Sednaya həbsxanasının qarşısına gəlmişik. Burada rabitə yoxdur, telefonlar işləmir. Peyk telefonları ilə əlaqə saxlayırıq. Axtarışları yer radarı və akustik dinləmə cihazları vasitəsilə həyata keçirəcəyik. Burada Əsəd rejiminin qeyri-insani rəftarından qaynaqlanan ölümlərin olduğunu və faktlarla zənginliyini bilirik. Bu həssaslıqları nəzərə alaraq işimizi komandalarımızla birlikdə həyata keçirəcəyik”.

Избранный
29
2
qafqazinfo.az

3Источники