Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onun sözləri sabiq prezidentin işlər idarəsinin sosial şəbəkələrdəki hesabında yer alıb.
Əsəd həmin günün axşamı Suriya ərazisini tərk etdiyini qeyd edib.
Keçmiş prezident müxalifətin hücumu günlərində istefa vermək və digər ölkələrdən sığınacaq istəmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, paytaxtın süqutu barədə Hmeymim bazasında xəbər tutub.
Bəşər Əsəd "terrorçular" tərəfindən hakimiyyətin ələ keçirilməsindən sonra ölkədə prezident olaraq qalmağın mümkünsüz və mənasız olduğunu bildirib.
O, Rusiyaya təxliyəsindən əvvəl ordunun dağıldığını və dövlət qurumlarının iflic olduğunu qeyd edib.
4Источники
-
azvision.azBəşər Əsəd Suriyadan qaçmağı barədə ilk dəfə şərh verib ( 14037325)
-
azvision.azBəşər Əsəd Suriyadan qaçmağı barədə ilk dəfə şərh verib ( 14034463)
-
demokrat.azBəşər Əsəd Suriyadan qaçmağı barədə ilk dəfə şərh verib ( 14034046)
-
sfera.azBəşər Əsəd Suriyadan qaçmağı barədə ilk dəfə şərh verib ( 14033983)