RU

“Perrier” markası yox olma təhlükəsi ilə üz-üzədir – ÖZƏL

Fransanın "Le Monde" qəzetinin məlumatına görə, məşhur Perrier mineral su markası ciddi təhlükə altındadır. 

Olaylar.az xəbər verir ki, nəşr bu iddianı Fransanın Regional Səhiyyə Agentliyinin gizli hesabatına əsaslanaraq irəli sürüb.

Hesabat 2024-cü ilin avqust ayında, ölkənin Vеrjez şəhərindəki Perrier mineral su zavodunda aparılan yoxlamalardan sonra hazırlanıb. Sənəddə bildirilir ki, zavodu idarə edən şirkət, suyun keyfiyyətinin davamlı olaraq pisləşməsi və hətta virusoloji risklər səbəbindən obyektin bağlanması barədə ciddi düşünməlidir. Bu qərar markanın gələcəyinə "ölümcül zərbə" ola bilər.

"Dünyanın ən məşhur qazlı su markası, Perrier, onilliklər ərzində onun reputasiyasını təmin edən təbii mineral su markası statusunu itirmək təhlükəsi ilə üz-üzədir," - deyə qəzetdə vurğulanır.

Məsələnin taleyi Perrier mənbəyinin istismarına lisenziya verilməsi və ya uzadılmasına qərar verəcək departament prefekturasından asılıdır. Bu barədə yekun qərarın, hidrogeoloqların yoxlama nəticələrinə əsaslanaraq, 2025-ci ilin birinci yarısında açıqlanacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники