Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox ağıllı adamdır, Amerikanın seçilmiş lideri deyib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Suriyada prezident Bəşər Əsəd hökumətinin devrilməsinin arxasında Türkiyənin olduğunu bildirib.
O, bu bəyanatı Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında verib.
"Qarşı tərəfin arxasında kimin dayandığını heç kim bilmir, amma mən bilirəm. Bu Türkiyədir. Bunun arxasında Türkiyə dayanır. Ərdoğan çox ağıllı adamdır"-deyə, Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az