Rusiya-Ukrayna müharibənsinin dayandırılması ilə bağlı müəyyən irəliləyiş var.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezident Donald Tramp deyib.
O, savaşı dayandırmaq istədiyini və bunun üçün çalışdığını bildirib: “Müəyyən irəliləyiş var, lakin bu, çətin, xoşagəlməz vəziyyətdir. Hər iki tərəfdən öldürülən hərbçilərin sayı astronomik saydadır. Mən heç vaxt belə şey görməmişəm. Biz əlimizdən gələni edirik”.
Xatırladaq ki, Tramp əvvəllər müharibəni bitirə biləcəyini dəfələrlə iddia edib.