ABŞ-ın Viskonsin ştatının Madison şəhərində xristian məktəbində silahlı insident baş verib.
Musavat.com xəbər verir ki, naməlum şəxs məktəbə daxil olaraq atəş açıb. İlkin məlumatlara görə, hadisə nəticəsində bir neçə insanın yaralandığı və itkilərin olduğu bildirilir.
Hadisə yerindən kadrların sosial şəbəkələrdə yayıldığı iddia edilir. Lakin bu görüntülərin rəsmi olaraq təsdiqlənmədiyi qeyd olunur.
Polis və fövqəladə xidmətlər dərhal əraziyə cəlb olunub. Məktəbin ətrafı nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisənin motivləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları araşdırmalarını davam etdirir. Daha ətraflı məlumatın yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Musavat.com