APA xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında çıxışı zamanı bildirib. O, münaqişəyə son qoymaq üçün çox çalışdığını deyib.
Qeyd edək ki, Tramp məsələ ilə bağlı irəliləyişin tam olaraq nədən ibarət olduğu haqda məlumat verməyib.
"Biz çox çalışırıq. Bu, çətin bir işdir, lakin biz müəyyən irəliləyiş əldə edirik", - deyə o bildirib.
Bundan əlavə, Tramp Ukraynadakı vəziyyətin həlli ilə bağlı həm Vladimir Zelenski, həm də Vladimir Putinlə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb.
O, Ukraynadan müharibəni həll etmək istədiyinə dair siqnallar aldığını deyib. Tramp həmçinin komandasının müharibəni bitirmək üçün Putin və Zelenski ilə danışmağa hazırlaşdığını bildirib.
Tramp bildirib ki, Zelenski Ukraynada müharibəyə son qoymaq üçün saziş bağlamağa hazırlaşmalıdır.
Tramp həmçinin əlavə edib ki, hər iki tərəfdən itkilər rəsmi olaraq bildiriləndən daha çoxdur və o, hər həftə məsələ ilə bağlı hesabat alır.
10Источники
-
oxu24.comBir zənglə Ukraynadakı münaqişəni bitirə bilər -Bu fövqəl insan kimdir? ( 14081533)
-
publika.azBir zənglə Ukraynadakı münaqişəni bitirə bilər ( 14080939)
-
demokrat.azTramp Ukraynadakı münaqişənin həlli ilə bağlı irəliləyiş qeydə alındığını deyib ( 14039758)
-
sia.azUkraynadakı münaqişənin həlli üçün arzu olunan vaxt çərçivəsi..? ( 13955611)
-
yenicag.az“Putin nüfuzunu bərpa etmək üçün daha sərt hücumlara başlaya bilər” – Aleksandr Baunov ( 13947508)
-
aia.azPeskov Ukraynadakı Avropa ölkələrinin kontingenti ilə bağlı suala cavab verməkdən imtina edib ( 13937365)
-
manset.az"Tramp Ukraynadakı münaqişəni 24 saata həll edə bilməz" ( 13896517)
-
yeniazerbaycan.comSülh üçün Təmas Qrupu yaradıla bilər ( 13845499)
-
aia.azABŞ Trampın Ukraynadakı münaqişəyə son qoya biləcəyini qiymətləndirib ( 13834324)
-
hit.azPentaqon: "Oreşnik" Ukraynadakı münaqişənin gedişinə təsir göstərməyəcək" ( 13833979)