RU

Rəhbərliyi tənqid edəni cəzalandırırlar - PROBLEM İSƏ QALIR...

"Növbə dəyişikliyi niyə bu qədər çətin, həlli tapılmayan, yaxud həllinə cəhd göstərilməyən (???) problem olub? Məqsədli, qeyri-peşəkar və yaxud pis idarəetmə..?" Keçən günlərdə xəbər verdik ki, bu barədə öz etirazında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) səfri Mirvari Qəhrəmanlı qeyd edib.

YAZISI BURADA: "Növbə dəyişikliyi niyə bu qədər böyük problemə çevrilib?" - ETİRAZ VAR...

"DİA-AZ" xəbər verir ki, Neft Daşlarında çalışan neftçilər üçün kifayət qədər aktual olan bur problemlə bağlı aidiyyatı qurumlar sussalar da, narazı işçilərin şikayət axını durmaq bilmir. Onlar artıq sosial şəbəkələrdə də bu barədə müzakirə açaraq illərdir üz-üzə qaldıqları problemin həllini tələb edirlər.

Bu barədə "DİA-AZ"a yazan neftçilər bildirir:

Növbə dəyişmək böyük problem olub. Biabırçılıqdır. Qosqoca SOCAR ona milyonlar qazandıran neftçilərə qəpik-quruş ayırıb nəqliyyat ala bilmir...

Görün, vəziyyət nə həddədir ki, hətta elə olur dalğanın hündürlüuü 1 metr olanda belə TƏHLÜKƏLİ VƏZİYYƏT elan edib fəhlələri dəyişmirlər... Halbuki bəzi hallarda 3 metrdən yuxarı dalğada belə işçini dəyişiblər...

Ağlamali bir vəziyyət yaranıb.. Niyə aidiyyatı qurumlar buna son qoymurlar?

Amma sosial şəbəkədə həqiqəti yazanı həmən dəqiqə tapıb cəzalandırırlar..."


Избранный
42
azia.az

1Источники