RU

Oskar Piastri "Formula-1" üzrə Azərbaycan Qran-prisini digərlərindən fərqləndirib

"Formula-1" üzrə dünya çempionatında çıxış edən "McLaren" komandasının pilotu Oskar Piastri başa çatan mövsümdə Azərbaycan və Macarıstan Qran-prilərinin onun üçün xüsusi olduğunu bildirib.

seher.media xəbər verir ki, avstraliyalı sürücü bu barədə "Race Fans"a açıqlama verib.

Piastri Monako, Montsa (İtaliya) və Spadakı (Belçika) yarışları da xüsusi qeyd edib:

"Formula-1"dəki iki mövsümdən sonra məni hələ qarşıda çox şey gözləyir".

Qeyd edək ki, Oskar Piastri həm Bakıdakı yarışda, həm də Macarıstan Qran-prisində qalib olub. O, mövsümü fərdi sıralamada dördüncü pillədə başa vurub.

Избранный
12
3
seher.media

4Источники