RU

Universitetlərimiz reytinqlərdə yer almaq üçün tədris keyfiyyətlərini ARTIRIR

“Reytinq cədvəllərinin ən müsbət tərəflərindən biri universitetlərin burada yer almaq üçün tədris metodlarının keyfiyyətini artırmağa çalışmalarıdır”.
 
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.
 
Ekspert bildirib ki, ölkəmiz adına sevindirici məqam isə universitetlərinin beynəlxalq reytinqlərdə yer alması və tələbələrimizin beynəlxalq standartlara uyğunlaşmasıdır:

 
“Müxtəlif reytinq cədvəlləri mövcuddur. “UI Greenmetric 2024” reytinq cədvəlində Azərbaycanın universitetlərinin 12-sinin yer alması sevindirici haldır. Bu siyahıda region və özəl universitetləri də görmək mümkündür”.


Ekspert Reytinq cədvəlinə təsir edən bir çox amillərdən danışıb:


“Bunlara akademik mühit, tələbə-müəllim nisbəti, professorların sayının çoxluğu, eləcə də tədqiqatların beynəlxalq status daşıması və s. daxildir. Həmçinin, məlumatların düzgün yerləşdirilməsi, azərbaycanlı alimlərə edilən istinadların sayı, tələbələrin universitet əmək bazarı ilə əməkdaşlığı, əcnəbi müəllim və tələbələrin çoxluğu və işəgötürənlərin nüfuzu da reytinq göstəricilərinə təsir edən əsas amillərdəndir.


Bu reytinq cədvəllərinin ən müsbət tərəflərindən biri universitetlərin burada yer almaq üçün tədris metodlarının keyfiyyətini artırmağa çalışmalarıdır. Eyni zamanda, reytinqlər universitetləri daim yeniliklər axtarmağa və inkişaf etməyə təşviq edir.


Ölkəmiz adına sevindirici məqam isə universitetlərimizin beynəlxalq reytinqlərdə yer alması və tələbələrimizin beynəlxalq standartlara uyğunlaşmasıdır. Belə irəliləyişlər Azərbaycanın təhsil sisteminin inkişafına əhəmiyyətli töhfələr verir”.

Избранный
30
azedu.az

1Источники