RU

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” hazır yemək xidməti alır - TENDER

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC açıq tender elan edir.

Dövlət Agentliyi 3,3 milyon manata hazır yemək xidməti alır - ŞƏRTLƏR

FED.az xəbər verir ki, elanda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyində olan “Bibiheybət” Gəmi Təmiri Zavodu üçün iaşə xidmətlərinin satın alınması nəzərdə tutulub.

Qeyd edək ki, tender çərçivəsində “Bibiheybət” GTZ-da sayı 600-700 nəfər aralığında dəyişən işçilərin ilin (müqavilə qüvvədə olan il ərzində) iş günlərində gündə bir dəfə olmaqla müəyyən olunmuş saatda nahar ilə təmin olunması (gündəlik naharın menyusu: 1 növ şorba, 2 növ qarnir 2 növ ət ilə, 2 növ salat, gündəlik desert və ya meyvə, çörək assorti (ağ və qara), çay, sərinləşdirici içkilər (kompot, cola, fanta, sprite, su, ayran) planlaşdırılır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2024-cü il dekabrın 19-u saat 17:00-dəkdir.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Mikayıl Useynov küç. 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1144

Избранный
36
fed.az

1Источники