RU

Bernie Sanders: ABŞ müdafiə büdcəsi üçün həmişə pul tapılır – ÖZƏL

ABŞ-də səhiyyə və sosial yardım üçün ciddi maliyyə çatışmazlığı yaşandığı bir vaxtda ölkənin hərbi-sənaye kompleksinə (VPK) istənilən qədər maliyyə ayrılır. 

Olaylar.az xəbər verir ki, ABŞ-nin müstəqil senatoru Berni Sanders Senatda büdcə ilə bağlı dinləmələr zamanı bu barədə bəyan edib.

Sandersin sözlərinə görə, hökumət işçi sinfinin həyat şəraitini yaxşılaşdırmaqdan söhbət gedəndə həmişə "xəzinədə pul yoxdur" bəhanəsi gətirir. Lakin məsələ hərbi büdcəyə gəldikdə, vəsait dərhal və müzakirəsiz təmin edilir. O, vurğulayıb ki, bu, Pentaqonda külli miqdarda maliyyə israfı və korrupsiya halları aşkar olunduğu halda baş verir. Xüsusilə, müdafiə sənayesi şirkətlərinin Pentaqon üçün məhsullarının qiymətini 40 faizdən çox şişirtdiyi məlum olub.

Bundan öncə amerikalı biznesmen İlon Mask ABŞ-nin ciddi iqtisadi problemlərlə üzləşəcəyini bəyan etmişdi. Mask bildirib ki, Ağ Ev büdcə kəsirinin artmasına qarşı tədbir görməsə, ölkə ağır nəticələrlə qarşılaşacaq.

Qeyd edək ki, milyarder daha əvvəl ABŞ-nin sürətlə müflisləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. O zaman ABŞ-nin büdcə kəsiri 1,69 trilyon dollar, gəliri isə 4,47 trilyon dollar səviyyəsində idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
40
50
olaylar.az

10Источники