Kanadanın Baş naziri Castin Trüdo müavini Kristi Frilandın vəzifəsindən azad edilməsi ilə əlaqədar istefa verə bilər.
Friland dekabrın 16-da istefa verib. Məktubunda o, Trüdonun ona maliyyə naziri vəzifəsini təklif etdiyini bildirib. Bu təklifə cavab olaraq Friland istefa verib. Baş nazirin müavini vurğulayıb ki, onunla Trüdo arasında “Kanada üçün irəliyə doğru ən yaxşı yol” mövzusunda bəzi fikir ayrılıqları mövcuddur.
Xatırladaq ki, noyabrın 25-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində Vaşinqtonun Meksika və Kanadadan gətirilən mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb. O, andiçmə mərasimindən dərhal sonra yanvarın 20-də bütün lazımi sənədləri imzalayacağına söz verib.