RU

Avropa Liqasının qalibi ilin futbolçusu seçildi

Afrika Futbol Konfederasiyası “CAF Awards 2024″ün qalibinin adını açıqlayıb.

Msport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərakeşdə keçirilən mərasimdə ötən il UEFA Avropa Liqasının qalibi olmuş İtaliyanın “Atalanta” klubunun nigeriyalı hücumçusu Ademola Lukman ilin ən yaxşı afrikalı futbolçusu adına layiq görülüb.

Mükafat 2024-cü ilin yanvar ayından oktyabra qədər olan müddətdə qazanılan nailiyyətlərə əsasən təqdim edilib.

Qeyd edək ki, mükafatın keçənilki sahibi “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah olmuşdu.

Избранный
22
msport.az

1Источники