RU

BMT Xan Yunisdəki məktəbə edilən hücumu pisləyib

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusunun Xan Yunisdəki məktəbə təşkil etdiyi hücumu pisləyib. BMT-nin sözçüsü Stefan Dujarrik keçirilən gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib. O, Xan Yunisdəki məktəbə endirilən hava hücumu nəticəsində mülki vətəndaşların öldüyünü və yaralandığını qeyd edib.

Stefan Dujarrik deyib: ''Biz mülki vətəndaşlara edilən hücumları pisləyirik''.

Bundan əlavə, BMT-nin Qəzzanın şimalına qida və su çatdırmaq üçün üç dəfə müraciət etdiyini deyən Stefan Dujarrik hər üç müraciətin də İsrail tərəfindən rədd edildiyini vurğulayıb.

İsrailin Qolan təpələrində qeyri-qanuni məskunlaşma fəaliyyətinə münasibət bildirən BMT-nin sözçüsü Stefan Dujarrik deyib: ''İsraili bütün məskunlaşma fəaliyyətlərinə son qoymağa çağırırıq. Bu, həm işğal olunmuş Fələstin torpaqları, həm də Qolan təpələri üçün keçərlidir''.

Stefan Dujarrik bu cür fəaliyyətlərin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.



Избранный
13
trt.net.tr

1Источники