RU

Colani Suriya prezidenti olacaq? - AÇIQLAMA

"Suriyada" Heyət Təhrir əş-Şam"ın (HTŞ) lideri Əbu Məhəmməd Colaninin prezidentliyə namizəd olma ehtimalı var". 

Bu sözləri Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda Suriyada maraqlı olan qüvvələr də mübarizələrinə davam edirlər:

"Onlar da özlərinə yaxın şəxsin Suriya prezidenti olmasını istəyirlər. Lakin çoxluğun keçmiş müxalifətin, indiki hakimiyyətin əlində olması digər güclərin də onlarla hesablamaşmasına şərait yaradır. Çünki başqa alternativ yoxdur".

364324

Ekspert qeyd edib ki, Türkiyə Suriyadakı qüvvələr üzərində söz sahibi olduğu üçün Colani prezident vəzifəsi üçün kifayət qədər cəlbedici görünür:

"Artıq onun üzərində bir imic çalışması da var. Bu məsələ də İsrailin də mövqeyi çox həlledicidir. İsrail Suriyanın gələcəkdə coğrafi cəhətdən güclü olmaması üçün indidən həmlələr edir, onun silah anbarlarını vurur, strateji nöqtələrini ələ keçirir".

Əziz Əlibəyli diqqətə çatdırıb ki, hazırda Suriyada həll olunmalı bir çox məsələ var:

"Məsələn, Suriyada PYD/YPG məsələsi də hələ də açıq qalır. Bu məsələ də öz həllini tapmalıdır. Həmçinin, 100 minə yaxın silahlı şiələr var, onların da taleyinə aydınlıq gətirilməlidir. Bundan başqa, Rusiyanın Suriyadakı Tartus dəniz limanı və Hmeymim hava bazasındakı 50 illik hərbi bazalarının taleyinin necə olacağı da çox önəmlidir. 

Yəni müxtəlif xarakterli məsələlər sünni çoxluğun qarşısında müvəqqəti çətinlik kimi görünür. Lakin Colani və müttəfiqləri bunu dəf edəcək qədər potensiala və gücə malikdir".

Pərviz

Избранный
30
hit.az

1Источники