RU

Hərbi xidmətə çağırış yaşının 35-dən 30-salınmasının məntiqi əsası var - Şair Ramaldanov

Yazını böyüt
Yazını kiçilt

“Hərbi çağırış və səfərbərliklə bağlı hansısa dəyişikliklər olacağı gözlənilirdi”.

Bunu hafta.az-a hərbi ekspert Şair Ramaldanov deyib. Ekspert qeyd edib ki, bu gün gündəmdə olan təklif hərbi xidmət müddətinin 35 yaşdan 30 yaşa endirilməsidir. O, dəyişikliyin daha çox sağlamlıq vəziyyəti ilə bağlı hərbi komissarlıq tərəfindən yararsız sayılan gənclərə şamil olunduğunu deyib.

Ş.Ramaldanov hesab edir ki, hərbi xidmətlə bağlı yaş həddinin 30-a endirilməsi düzgün addımdır.

“Sağlamlığı ilə bağlı hərbi xidmətə yararsız olanlar hər 3 ildən 1 hərbi həkim kamissiyanın təsdiqini gözləyirlər. Ağır əlillik dərəcəsi olmayan cavanlar növbəti yoxlanışda yararsız olub-olmayacaqlarının təsdiqlənib-təsdiqlənməyəcəyənə qədər gərginlikdə qalır və öz gələcək həyatlarını planşadırmaqda çətinlik çəkirlər. Hərbi xidmətə çağırış yaşının 35-dən 30-salınmasının məntiqi əsası var. Sağlamlıq problemləri olanlar 30 yaşa qədər 4 dəfə hərbi komissiya tərəfindən yoxlanışa göndərilir. Sağlamlığında qüsur sayıldığına görə yararsız sayılırsa, onu daha 5-6-dəfə yoxlanışa göndərməyə ehtiyac yoxdur.

Eləcə də, yaş həddinin azaldılmasının müdafiə və təhlükəsizliklə bağlı mənfi təsiri yoxdur”.

Ekspert bu dəyişikliyi Azərbaycan ordusunun peşəkarlıq prinsipi ilə inkişaf etməsi ilə əsaslandırıb.

“İndi beynəlxalq təcrübə öyrənilir. Azərbaycanın dövlət xüsusiyyətləri və qarşıda qoyulan vəzifələr nəzərə alınaraq bu prosesin gənclərin inkişafına yönəldilməsinə istisna etmirəm. Hərbi çağırış və səfərbərliklə balı nəzərdə tutulan tələblər sovet dövründən qalan və müharibəyə qədər olan qanunlardır. Biz indi qələbə çalmış, peşəkar, güclü ordusu olan Azərbaycanda yaşayırıq. Bu gün Azərbaycan öz təhlükəsizliyini tam şəkildə qorumağa qadirdir, hazırdır. Hərbi çağırış və səfərbərlik xidmətində aparılan islahatlar müsbət qarşılanır”.

Избранный
22
hafta.az

1Источники