RU

TƏBİB Ofeliya Sənaninin son durumunu açıqladı 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün xəstəxanaya yerləşdirilən xalq artisti Ofeliya Sənaninin səhhəti haqqında açıqlama yayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, xalq artistinin səhhəti normaldır:

"16 dekabr 2024-cü il tarixində, gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib. Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir.

Xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır".


Избранный
21
37
referans.az

10Источники