RU

Rusiya XİN Moskvadakı partlayışda generalın öldüyünü təsdiqləyib- AÇIQLAMA

“Rusiya Silahlı Qüvvələrinin general-leytenantı İqor Kirilov uzun illər anqlosaksonların cinayətlərini sistemli şəkildə ifşa edib”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmisi qeyd edib ki, zabit qorxmadan çalışıb və kimlərinsə arxasında gizlənməyib: “O, Vətən üçün, həqiqət üçün qorxmadan işləyirdi. Xatirəsi əbədi yaşayacaq, ruhu şad olsun…”.

Dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində partlayış baş verib. Hadisə nəticəsində iki nəfər ölüb. Partlayışın dalğası o qədər güclü olub ki, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər şüşələr sınıb, üç avtomobilə ziyan dəyib.

KİV-in məlumatına görə, partlayıcı qurğu girişdə dayanan skuterə quraşdırılıb. Paytaxtın İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Hadisəni törədən şəxslərin axtarışı davam etdirilir.

İddialara görə, partlayış uzaqdan həyata keçirilib.

Azpost.info

 

Избранный
20
azpost.info

1Источники