Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının (AÇ-2026) əsas mərhələsində mübarizəyə start veriəcək.
Arena.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi yığmamız əsas seçmə mərhələsindəki ilk sınağında İsveç millisi ilə üz-üzə gələcək.
5-ci qrupda yer alan millimiz bu rəqiblə Bakı İdman Sarayında qarşılaşacaq.
Skandinaviyalılar 5-ci qrupdakı ilk matçda Yunanıstana uduzublar – 1:4.
Xatırladaq ki, millimiz növbəti oyununu 2025-ci il yanvarın 31-də səfərdə Xorvatiya yığmasına qarşı keçirəcək.
AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
17 dekabr
20:00. Azərbaycan – İsveç
Hakimlər: Aslan Qalayev, Turekhan Tursumbayev, Nuralibek Kalimaganbetov (Qazaxıstan).
Bakı İdman Sarayı.