RU

Cənubi Koreya prezidenti qiyam ittihamlarını rədd edir

İmpiçmentdən sonra vəzifəsindən uzaqlaşdırılan Cənubi Koreya prezidenti Yun Seok Yol qiyam ittihamlarını rədd edib...

Poliqon xəbər verir ki, bu barədə Yonhap agentliyi onun vəkillərinə istinadən məlumat yayıb.

Yun Seok Yol məhkəmə iclası açıq olarsa, öz mövqeyini bildirməyi planlaşdırır. Onun vəkilləri onun dekabrın 21-nə, şənbə gününə təyin edilmiş prokurorluqda dindirilməsinə gəlib-gəlməyəcəyi ilə bağlı suala cavab verməyiblər. O, dekabrın 15-də dindirilməyə gəlməyib.

Dekabrın 14-də Cənubi Koreya Milli Assambleyası Yun Seok Yola qarşı impiçment elan edib. O, dövlətə xəyanətdə və hərbi vəziyyətin tətbiqinə cəhddə ittiham olunur.

Müstəntiqlər fəaliyyəti dayandırılmış prezidenti sabah, dekabrın 18-də dindirmək niyyətindədirlər. Prezidentin toxunulmazlığı qiyam ittihamlarına şamil edilmir və Yun Seok Yol məhkəmənin qərarına qədər həbs oluna bilər.

Poliqon.info

Избранный
9
poliqon.info

1Источники