RU

Əl Culani Qərbi Suriyaya qarşı sanksiyaları ləğv etməyə və adını terrorçular siyahısından silməyə çağırıb

Hurriyyet.az xəbər verir ki, özünün Əhməd Əl Şaraa adlandırılmasını istəyən Məhəmməd Əl Culani Culani Suriyada hakimiyyətə gəldikdən sonra "Tayms" (The Times) qəzetinə verdiyi ilk müsahibəsində Qərbi Bəşər Əsəd dövründə Suriyaya qarşı qoyulmuş sanksiyaları ləğv etməyə çağırıb.

Əl Şaraa lideri olduğu "Heyət Təhrir əş Şam" qruplaşmasının ("Əl Qaidə" təşkilatının şaxəsi) ABŞ, Böyük Britaniya və digər ölkələrdə terror təşkilatları siyahısında olduğunu xatırladıb. ABŞ-da onun başı üçün 10 milyon dollar təklif edilib.

Əl Şaraa əsas vəzifəsinin ölkədə sabitlik yaratmaq və seçkilərdən əvvəl bərpa işləri aparmaq olduğunu bildirib. Onun sözlərinə görə, əhalinin yarısı ölkə xaricindədir və çoxlarının sənədləri yoxdur: "Biz qonşu ölkələrdə, Türkiyə və Avropada olan vətəndaşlarımızı qaytarmalıyıq". 

O, keçid dövrü və yeni konstitusiya qəbul edilməsi ilə əlaqədar komitələr yaradılacağını xəbər verib.

O, Suriyada islam qanunlarının dərinə nüfuz etməyəcəyini, lakin "ənənələrin" nəzərə alınacağını, Suriyada qadınların hüquqlarının saxlanılacağını, restoran və barlarda alkoqolun əlçatan olacağını bildirib. 

Əl Şaraa Qərbin onu və təşkilatını terrorçular siyahısından çıxarmasına çalışacağını bildirib.

Əl Şaraa Rusiya hərbçilərinin Suriyadakı varlığı məsələsindən bəhs etməyib. Lakin onun müşavirlərindən birinin sözlərinə görə, iki hərbi bazada Rusiya hərbçilərinin qalmağa davam etməsi üçün danışıqlar aparılır.

Hürr Tərcüman

Избранный
35
hurriyyet.az

1Источники