RU

İsrail həbsxanalarında azyaşlı məhbuslar döyülür

Fələstinli azyaşlılar İsrail həbsxanalarında sistematik şəkildə döyülür.Gununsesi.info bildirir ki, bu barədə “Anadolu” agentliyinə İsrail və HƏMAS arasında humanitar atəşkəs ilə bağlı razılaşma çərçivəsində İsrail həbsxanalarından azad edilən fələstinli yeniyetmələrdən biri Usamə Naif Marmaş məlumat verib.Onun sözlərinə görə, həbsxanada hər həftə döyülüb. “Hər həftə bizi döyməyə gəlirdilər. Bütün paltarlarımızı, yorğanlarımızı da götürdülər və çarpayılarımızdan istifadə etməyə icazə vermədilər” deyə xatırlayır.O, işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərində həbs edilib.O bildirib ki, məhbuslar çox pis qidalanır, yalnız kiçik bir hissə yemək və bir az çörək verilirdi.Agentliyin həmsöhbətinin sözlərinə görə, bir gün hava çox soyuq olanda hərbçilər fələstinli məhbusların üzərinə soyuq su töküblər.O, həmçinin bildirib ki, azadlığa çıxandan sonra onları İsrail həbsxanasından aparıblar və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələnə qədər bir neçə saat soyuqda gözləməyə məcbur ediblər.Razılaşma, HƏMAS-ın saxladığı 50 israillinin müqabilində İsrail həbsxanalarından 150 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.Azad edilənlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.Razılaşma çərçivəsində son üç gündə 40 israilli və 117 fələstinli azad edilib.Gununsesi.info

Избранный
533
gununsesi.info

1Источники