Dekabrın 18-də paytaxtda hava dəyişkən olacaq. Gecə yağış yağacaq, sulu qara keçəcək. Cənub-qərb küləyi əsəcək, şimal-qərb küləyinə keçəcək.
Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 65-75 faiz olacaq.
Dağlıq ərazilərdə qar və sulu qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə mənfi 1 +4, gündüz müsbət 14, dağlarda gecə mənfi 10 dərəcəyə qədər, gündüz 0-5 dərəcə olacaq.