ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin Suriyanın gələcəyində kritik rol oynayacağını vurğulayıb.
Mara Laqordakı malikanəsində çıxış edən Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyərək, Türkiyənin regionda əhəmiyyətli bir güc olduğunu qeyd edib. O, ABŞ-ın bölgədə Türkiyə ilə əməkdaşlıq edə biləcəyini bildirib.
Tramp, həmçinin ABŞ-ın NATO müttəfiqi olan Türkiyə ilə Suriyada daha təsirli olacağını vurğulayıb. Suriyada irəliləyən qüvvələrin arxasında Türkiyənin dayandığını ifadə edən Donald Tramp bunun onun üçün problem olmadığını qeyd edib.