RU

Cənubi Koreyada həbs dalğası: Hərbi vəziyyət komandiri həbs edildi

Dekabrın 3-də Cənubi Koreyada uğursuz hərbi vəziyyət elan edilən zaman “hərbi vəziyyət komandiri” təyin edilən Park An-su həbs edilib.

Turkustan.az xəbər verir ki, Yonhap xəbərlərinə görə, Park haqqında “qiyama əsas rol oynamaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək” ittihamı ilə həbs qərarı çıxarılıb.

Park prokurorluğun qərarı ilə həbs edilib.

Park, hərbi vəziyyət elanında prezident Yoon Suk Yeol tərəfindən "hərbi vəziyyət komandiri" təyin edildi və daha sonra Parkın imzası ilə ölkədə bütün siyasi fəaliyyətləri qadağan edən hərbi vəziyyət əmri verildi.

Bildirək ki, prezident Yun dekabrın 3-nə keçən gecə televiziya ilə çıxışında “müxalifətin dövlət əleyhinə fəaliyyətdə iştirak etdiyini” əsas gətirərək hərbi vəziyyət elan etdi, lakin parlamentin səsvermədə qərarı ləğv etməsindən sonra geri addım atdı.

Aytən Yaşar/ Turkustan.az

Избранный
59
50
turkustan.az

10Источники