RU

Əsədin qardaşı yoxa çıxıb – İraqda da yoxdur

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Maher Əsəd İraq torpağında deyil.

7Times.az  xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.

Departamentin sözçüsü, general Miqdad Miri İraq Xəbər Agentliyinə deyib: “Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Maher Əsədin İraq ərazisində olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, bundan öncə Maher Əsədin hələ dekabrın 8-də İsrail bombardmanı zamanı həlak olduğu barədə məlumatlar yayılmışdı. Sonradan bu xəbərlər özünü doğrultmadı.

Hazırda Bəşər Əsədin Rusiyada olduğu məlum olsa da, qardaşının yeri məlum deyil.

Избранный
10
7
7times.az

8Источники