RU

Adelin mahnısı plagiat çıxdı, dünya üzrə qadağan edildi

Braziliya məhkəməsi britaniyalı pop müğənni Adelin "Million Years Ago" mahnısının dünya üzrə satışdan çıxarılmasına, o cümlədən musiqi yayım platformalarından silinməsinə qərar verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məhkəmənin ilkin qərarına əsasən, "Sony" və "Universal" şirkətlərinə mahnının "istifadəsinin, səsləndirilməsinin, redaktə edilməsinin, yayılmasının və ya hər hansı kommersiya məqsədli istifadəsinin dərhal dayandırılması" tələb olunur. Bu qadağa qlobal miqyasda qüvvədədir.

Bu qərar bəstəkar Toninyo Ceraesin plagiat iddiası əsasında qəbul edilib. O, britaniyalı müğənnini 1996-cı ildə Martinyu da Vila tərəfindən ifa edilmiş və musiqisini onun yazdığı "Mulheres" adlı kompozisiyanın surətini çıxarmaqda ittiham edib.

Qadağa ilə yanaşı, Ceraes Adeldən, prodüseri Qreq Kurstindən və bir neçə səs yazma şirkətindən, o cümlədən "Sony" və "Universal"dan 160 min dollar təzminat tələb edir. Bundan əlavə, bəstəkar Adelin mahnısına müəllif hüquqlarını öz adına keçirməyi planlaşdırır.

"The Guardian" bildirir ki, "Sony" və "Universal"ın törəmə şirkətlərinə hər bir qayda pozuntusu üçün 8 min dollar cərimə tətbiq edilə bilər. Bununla belə, musiqi şirkətlərinin bu qərarı apellyasiya qaydasında mübahisələndirmək hüququ var.

Aydın
Избранный
21
qaynarinfo.az

1Источники