RU

“Paytaxt salatı”nı hansı halda yemək zərərlidir? –Həkim ŞƏRHİ

Yeni il süfrsinin ayrılmaz simvolu olan “Paytaxt salatı” (Oliviye salatı) 12 saatdan çox saxlandıqda sağlamlığa zərər verə bilər.

Azpost.info bildirir ki, bu barədə Gazeta.ru-ya endokrinoloq və dietoloq Nataliya Şvedova məlumat verib.

Mütəxəssisin fikrincə, ənənəvi Yeni il yeməyi 2-4 dərəcəyə qədər olan temperaturda, yəni soyuducuda saxlanmalıdır. Salatın saxlama müddəti onun tərkibində mayonez olub-olmamasından asılıdır. Sous olmadan bu salat  24 saatdan çox olmayaraq saxlanıla bilər. Salata əlavələr olacaqsa  bu müddət 12 saatdan çox olmamalıdır.

“Salat masanın üstündə bir-iki saatdan çox qalmamlıdır. Çünki otaq temperaturunda bakteriyalar qidada aktiv şəkildə çoxalır, bu da bağırsaq infeksiyasına səbəb ola bilər” -deyə həkim bildirib.

Salatı soyuducuda dondurmaq da olmaz Temperatur dəyişikliyindən sonra inqrediyentlər dad və toxumasını itirir, mayonez isə parçalanır.

Ekspert həmçinin deyib ki, uşaqlara “Paytaxt salatı” yedirtmək məsləhət deyil. Onun fikrincə, üç yaşdan kiçik uşaqlarda həzm sistemi bu salatın həzmi ilə bağlı ağırlığına hələ hazır deyil.

Üç-beş yaşlı uşaqlar üçün kolbasa əvəzinə toyuqdan istifadə edərək yeməyin alternativ variantı hazırlana bilər.

Избранный
10
50
azpost.info

10Источники