RU

Qısa idxal bəyannaməsi bir bəyannamə ilə əvəz ediləcək

Azərbaycanda qısa idxal bəyannaməsinin bir bəyannamə ilə əvəzlənməsi planlaşdırılır.

Valyuta.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

“Bildiyiniz kimi, hazırda sərhəd keçidinə qədər ən azı 1 saat əvvəl qısa idxal bəyannaməsi, daha sonra isə ölkə daxilində idxal gömrük bəyannaməsi təqdim olunur. Komitə olaraq gələcəkdə qısa idxal bəyannaməsini vahid bəyannamə ilə əvəz etməyi planlaşdırırıq”, - deyə o qeyd edib.

N. Şirinov vurğulayıb ki, bu, sahibkarların idxal və daşımacılıq proseslərini daha sürətli və rəvan həyata keçirməsinə imkan yaradacaq.

© Report

Избранный
35
3
valyuta.az

4Источники