RU

FHN-in Aran Regional Mərkəzi silsilə müşavirələr keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax, Mingəçevir və Naftalan Şəhər, Ağdaş, Goranboy, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayon icra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirib.

Məlumatı nazirliyin mətbuat xidməti verib. 

Tədbirlərdə FHN Aran Regional Mərkəzinin, yerli icra hakimiyyətlərinin, özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub. Tədbirlərdə çıxış edənlər keçirilən müşavirələrin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Müşavirələrdə Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb. Tədbirlərdə, həmçinin fövqəladə hadisələrlə bağlı davranış qaydalarına dair videoçarxlar nümayiş olunub.

 

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
10
3
xalqqazeti.az

6Источники