RU

"İnsanlar getdikcə "feyk nyus"lardan yorulub, peşəkar mediaya üstünlük verəcəklər"

\"Bilirsiniz ki, bizim yeni qəbul olunmuş \"Media haqqında qanun\"da media savadlılığı ayrıca bölmə kimi yazılıb. Çünki bu sosial medianın inkişaf etdiyi müxtəlif dezinformasiyaların artıq çoxaldığı, \"influencer\"lərin\", blogerlərin, internet televiziyaların, \"youtuber\"lərin çoxaldığı, yanlış informasiyaların geniş yayıldığı bir vaxtda media savadlılığı vacibdir, lazımlıdır və bu mənada Medianın İnkişafı Agentliyinin başladığı bu həftəlik media savadlılığı kampaniyasını yüksək qiymətləndirirəm. Həm Media Agentliyinin əməkdaşları, həm Mətbuat Şurası İdarə Heyətinin üzvləri artıq iki gündür ki, maarifləndirici fikirlərlə çıxış edirlər\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının sədri, əməkdar jurnalist Rəşad Məcid Azərbaycanda media savadlılığı həftəsinin keçirilməsinə münasibət bildirərkən deyib.
 
Şura sədri bildirib ki, media savadlılığının keçirilməsində əsas məqsəd insanlara hər fikrin doğru olmadığını aşılamaqdır:
 
\"Ümumiyyətlə, Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası bir yerdə bölgələrdə digər tədbirlər keçirilərkən də media savadlılığını ən vacib element kimi qabardırlar. Çünki indi yazılan hər bir sözün, deyilən hər bir fikrin doğru olmadığı insanlara aşılanmalıdır. İndi çünki peşəkar mediadan fərqli olaraq məsuliyyətsiz, dırnaqarası media və \"jurnalistlər\" peyda olub. Bunların söylədiyi fikirlər isə dəqiqləşdirilməmiş xəbərləri olur adətən, bəzən isə bilərəkdən başqasını ləkələmək halları da mövcud olur. Bütün bunların qarşısını almaq üçün media savadlılığı vacibdir. Media savadlılığı əsasən cəmiyyətə aiddir, ictimaiyyətin nümayəndələrinə aiddir ki, yayılan xəbərlərə bir az şübhə ilə yanaşsınlar və qeyri-ciddi mənbələrin xəbərlərinə inanmasınlar\".
 
Əməkdar jurnalist hesab edir ki, insanlar getdikcə \"feyk nyus\"lardan yorulub peşəkar mediaya üstünlük verəcəklər:
 
\"Dezinformasiyalar, insinuasiyalar, yalan xabərlər əsasən sosial mediada yayılır, bu adını çəkdiyim qruplar ki var, onlar daha çox bilərəkdən yaxud bilməyərəkdən yanlış informasiya yayılırlar. Sosial şəbəkələrin populyarlığı ondadır ki, orada indi fərqli fikirlər olur və daha çox əlçatandır. Ona görə bir müddət mənə elə gəlir ki, bunun cazibədarlığı başa düşüləndir, amma getdikcə insanlar bu dezinformasiyalardan yorulub, ciddi, peşəkar medianın xəbərlərinə daha çox üstünlük verəcəklər.
 
Mikayıl Mirzəzadə
Избранный
26
1
azxeber.com

2Источники