RU

Polis yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxsləri saxlayıb

Sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslər müəyyən ediliblər.

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar.

Onların əməlləri ilə bağlı Nəsimi RPİ 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Vətəndaşlara bir daha tövsiyə edirik ki, sosial şəbəkələrdə kirayə, alqı-satqı, xidmət, yaxud digər adlar altında fəaliyyət göstərən profil, səhifələrin təklifləri üzrə onlayn ödənişlərdən çəkinsinlər.

Избранный
14
49
moderator.az

10Источники