Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə səfər edəcək.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.
Bildirilir ki, Fidan dekabrın 19-da Qahirədə inkişaf etməkdə olan İslam ölkələrinin daxil olduğu D8 qrupunun Zirvə görüşündə iştirak edəcək.
Məlumata görə, Fidan İsrailin Fələstindəki soyqırımını və müharibəni regional münaqişəyə çevirməyə yönəlmiş hərəkətlərini dərhal dayandırmağa çağıracaq.
Daşqın HəsənovMissiya.Az