RU

Aİ: Suriyanın gələcəyində bu ölkələrə yer olmamalıdır

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ Xarici İşlər Nazirləri Toplantısının sonunda mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, Kallas görüşdə Suriyadakı hadisələrin müzakirə edildiyini qeyd edib.

O əlavə edib ki, Aİ-nin Suriya nümayəndəliyinin Livanın paytaxtı Beyrutdakı yüksək səviyyəli nümayəndə heyəti Dəməşqdəki yeni administrasiya ilə əlaqə saxlayıb:

“Məqsəd ölkənin yeni rəsmiləri ilə təmasda olmaq və qrupun ölkəni necə idarə etməyi planladığını anlamaq idi. Ərəb, qonşu ölkələrin, Türkiyənin, ABŞ-ın və Aİ-nin razılaşdığı əsas prinsiplər var. Bunlar ərazi bütövlüyü, suverenlik, hesabatlılıq, o cümlədən, xüsusən də azlıqların və qadınların hüquqlarını nəzərə alan inklüziv hökumət prinsipləridir. Suriyanın gələcəyində ekstremizmə, İran və Rusiyaya yer olmamalıdır”.

Избранный
14
publika.az

1Источники