Dəməşqin kənarındakı kütləvi məzarlıqda devrilmiş prezident Bəşər Əsəd rejimi tərəfindən öldürülən ən azı 100 min insanın cəsədi var.
Musavat.com “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Suriya insan haqları təşkilatının rəhbəri Muaz Mustafa deyib.
Onun sözlərinə görə, Suriya paytaxtından 40 kilometr şimalda yerləşən Qutaifdəki dəfn yeri onun illər ərzində kəşf etdiyi beş kütləvi məzardan biridir.
Musavat.com