RU

DİM könüllülərini nələr gözləyir? - Təhsilalanlar üçün mühüm FÜRSƏT

DİM könüllüsü olmaq istəyənlərin qeydiyyat prosesi başa çatıb.

 

Könüllülük üçün seçilmiş şəxslər fəaliyyət müəddətində nələr əldə edəcəklər?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, Dövlət İmtahan Mərkəzinin könüllülər layihəsinə qatılmaq üçün 4200-dən artıq şəxs müraciət edib:

 

“Hazırda həmin şəxslərin məlumatlarının yoxlanılmasına başlanılıb. Məlumdur ki, layihədə 16-25 yaşlı ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan gənclər müraciət edə bilərdilər.

 

Yanvar ayında isə seçimin növbəti mərhələsi aparılacaq. Bu mərhələ onlayn qaydada təşkil olunacaq və iştirakçılar öz kompüterləri vasitəsilə onlara uyğun olan məkandan prosesə qoşulacaqlar. Onlayn test mərhələsində namizədlər arasından seçim etmək üçün müəyyən tapşırıqlar vasitəsilə onların bilik, bacarıq və vərdişləri qiymətləndiriləcək.

 

Daha sonra seçim prosesindən uğurla keçən namizədlər hissə-hissə müsahibəyə dəvət olunacaqlar.

 

Xatırladaq ki, DİM-in könüllülər layihəsinin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan verməkdir.

 

Müraciət edənlərə təqribi iş saatları və çalışmaq istədikləri sahələri öz anketlərində qeyd etməyə imkan yaradılmışdır. Könüllülər kiçik inzibati işlər, kütləvi tədbirlərin – imtahanların təşkil olunması, vətəndaşlara xidmət, sorğuların keçirilməsi və s. sahələrdə təcrübə toplamaq imkanlarına malik olacaqlar.

 

Proqram 3 aylıqdır və könüllülər bu müddətdə real iş mühiti ilə tanışlıq, işguzar əlaqələrin qurulması, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, komanda işi, karyera planlaması, maraq dairələrinin müəyyən edilməsi, bacarıqlarının inkişaf etdirilməsi və s. fürsətlərdən yararlana biləcəklər”,-deyə sorğuda qeyd olunub.

Избранный
39
2
azedu.az

3Источники