RU

Azərbaycanda ÜDM 4%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərənmüəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 113,3 milyardmanatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faizçox ümumi daxili məhsul istehsal edilib.

Bu barədə TrendDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədəiqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,4 faiz,qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Əlavə dəyərin 37,1faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizituristlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiyavə rabitə sahələrində, 19,2 faizi isə digər sahələrdə istehsaledilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkiledib. Əhalinin hər nəfərinə düşən ÜDM 11104,2 manata bərabərolub.

Məqalədə:
Избранный
16
19
az.trend.az

10Источники