Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İraq torpağında deyil.
Bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.
Departamentin sözçüsü general Miqdad Miri İraq Xəbər Agentliyinə deyib:
“Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin İraq ərazisində olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.