RU

Rüşvət alan məmur edam olundu

Çin hakimiyyət orqanları 3,06 milyard yuanı qanunsuz mənimsəmiş Hohhot Texno-İqtisadi İnkişaf Zonasının (Daxili Monqolustan Muxtar Rayonunun inzibati mərkəzi, Şimali Çin) işçi komitəsinin keçmiş katibi Li Jianpinə ölüm hökmü çıxarıb. 

O, təxminən 426 milyon dollar rüşvət almaqda günahlandırılır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsi məlumat yayıb.

Məhkəmənin “WeChat” sosial şəbəkəsindəki səhifəsində xəbər verilir ki, Li Jianping fırıldaq yolu ilə adı açıqlanmayan dövlət şirkətindən 1,43 milyard yuandan (199 milyon dollar) çox pul əldə edib. Bundan əlavə, o, 577 milyon yuan (80 milyon dollar) rüşvət alıb və 1,06 milyon yuanı (147 milyon dollar) mənimsəyib. Bu vəsaitlərin bir qismi heç vaxt geri qaytarılmayıb.

Rüşvət və mənimsəmə ilə yanaşı, Li Jianpinq “qanunsuz və cinayətkar fəaliyyətlərdə əlbir olmaqda” məhkum edilib. Edam olunan şəxsin bütün şəxsi əmlakı müsadirə edilib. Ölümündən əvvəl ona qohumları və dostları ilə görüşə icazə verilib.

Избранный
26
cebheinfo.az

1Источники