Britaniya diplomatları Suriyanın paytaxtı Dəməşqdə Heyət Təhrir əl-Şam lideri Əbu Məhəmməd əl-Colani ilə görüşüb.
Medianews.az xəbər verir ki, görüşdə bölgədəki son hadisələr müzakirə edilib və İngiltərə Suriyaya 50 milyon funt sterlinqlik humanitar yardım paketi göndərəcəyini açıqlayıb.
Görüşdə Britaniyanın Suriya üzrə xüsusi nümayəndəsi Ann Snou da iştirak edib.
Colani həmçinin Böyük Britaniyada nəşr olunan “Times” qəzetinə verdiyi müsahibədə Qərbi Əsəd administrasiyası dövründə Suriyaya qarşı tətbiq edilən bütün sanksiyaları ləğv etməyə, o cümlədən HTŞ-ni artıq terror təşkilatı kimi tanımadıqlarını bəyan etməyə çağırıb.
Medianews.az