RU

Dünyanın danışdığı “məhkum” Əsədin casusu çıxdı – VİDEO

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Sednaya həbsxanasından azad edilən məhkumlarla bağlı yayılan görüntülər dünyada müzakirələrə səbəb olub.

“CNN İnternational”ın hazırladığı və həbsxanadan bir məhkumun çıxarılmasının əks olunduğu süjet isə xüsusi diqqət çəkib. Videoda CNN-in jurnalisti həbsxana binasını gəzərkən yerdə yatan bir nəfərlə rastlaşır. Həmin şəxs adının Adel Ghurbal olduğunu, Əsəd rejiminin devrildiyini yeni öyrəndiyini, 3 aydır məhkum olunduğunu və işgəncələrə məruz qaldığını bildirir.

Turkustan.az xəbər verir ki, Suriya mənbələri həmin şəxsin Əsəd rejimində aktiv fəaliyyət göstərən Muhammad Salama adlı kəşfiyyatçı olduğunu iddia edib.

Məlumata görə, o, həbsxanada məhkumlara işgəncə verənlərdən olub. Müstəqil yoxlama birliyi “Verify-Sy” məlumat yayaraq həmin şəxsin sağlamlığının yerində olduğunu, bədənində işgəncə izinə rast gəlinmədiyini, iddia etdiyi kimi 3 ay qaranlıq otaqda saxlanılan biri kimi davranış sərgiləmədiyini açıqlayıb. M.Salama həbs müddətində günəş görmədiyini desə də, Sednayadan havaya çıxıb günəşə baxanda gözlərini qırpmayıb.

CNN-in videosunun yayılmasından sonra bəzi suriyalılar həmin şəxsin “Əbu Həmzə” ləqəbi ilə tanınan M.Salam olduğunu təsdiqləyiblər. Məlumata görə, Salama Xüms şəhərində fərqli təhlükəsizlik zonalarında çalışıb, insanları Əsəd üçün casus fəaliyyəti göstərməyə məcbur edib.

Globalinfo.az

Избранный
21
8
turkustan.az

9Источники