Rusiya sülh danışıqlarına yalnız bütün resursları tükənəndə başlayacaq.
APA-nın “unian”a istinadən məlumatına görə, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak Lvovda keçirilən yerli icra orqanlarının konqresində deyib.
O bildirib ki, ölkəsi indiki məqamda beynəlxalq tərəfdaşlarla aktiv işi davam etdirməlidir.