“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankurun komandanın hücumçusu Son Hın Min haqqında zarafat etdiyinə görə 7 oyunluq diskvalifikasiyası ilə bağlı apellyasiya şikayəti rədd edilib.


Rekord.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində məlumat yayılıb.


Bentankur yayda televiziya proqramına baş çəkib və orada bütün koreyalıların eyni göründüyünü söyləyib. Bu da ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Buna görə, İngiltərə Futbol Assosiasiyası noyabrın 18-də uruqvaylı futbolçunu 7 oyunluq diskvalifikasiya edib.


Diskvalifikasiya İngiltərə Federasiyasının himayəsi altında keçirilən bütün matçlara şamil edilir.