RU

“Norm” şirkətinin Müşahidə Şurasının yeni tərkibi təsdiq ediləcək

17 yanvar 2025-ci il tarixində saat 11:00-da “Norm” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin təsdiq edilməsi ilə əlaqədar məsələlərin müzakirə edilməsi;

2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə etmək olar.

Избранный
14
fed.az

1Источники