Türkiyə yaxın 5-10 ildə pilotsuz uçuş aparatlarının (PUA) təkmilləşdirilməsi istiqamətində xaricdən asılılığı tamamilə aradan qaldıracaq.
“Far.Az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) İdarə heyəti sədrinin köməkçisi Gökhan Uçar deyib.
O, bu asılılığın aradan qaldırılmasının vacibliyinə toxunub.
“Çünki Ermənistan-Azərbaycan müharibəsində gördük ki, bizə çöp belə vermirlər. Əvvəllər ən adi vinti verirdilərsə, müharibə zamanı onu da vermədilər. Bizim prioritetimiz ədalətli olmaqdır. Ədalətli olmayan heç bir iş davamlı ola bilməz”.